Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.
"Unikal" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında 22 xalla 9-cu pillədə qərarlaşan "Şamaxı" 28 xalla 7-ci olan "Kəpəz"i qəbul edəcək.
Komandalar indiyədək ölkə çempionatında 33 dəfə üz-üzə gəlib. Bunların 17-də Şamaxının eyniadlı klubu, 8-də Gəncə təmsilçisi qələbə qazanıb. 8 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də "şirlər"in aşkar üstünlüyü nəzərə çarpır - 56:34.
Son 4 matçda hər iki komanda qol vurub. "Sarı-göylər" 4 oyundur uduzmur.
Günün son matçında isə "Zirə" lider "Qarabağ"ın qonağı olacaq. Hazırda "köhlən atlar" 77 xalla turnir cədvəlinə başçılıq edir. 41 xalı olan "qartallar" isə 5-ci pillədə yer alıb.
Komandalar arasında bunadək baş tutmuş 30 Premyer Liqa oyununda Ağdam təmsilçisi 20 dəfə rəqibini məğlub edib. Paytaxt klubu indiyədək qələbə qazana bilməyib. 10 qarşılaşma heç-heçə ilə yekunlaşıb. "Qarabağ"ın 63 qoluna "Zirə" 13 topla cavab verib.
Ağdamlılar son üç ev matçında qol buraxmayıb.
Azərbaycan Premyer Liqası
XXXI tur
21 aprel (cümə)
16:00. "Şamaxı" - "Kəpəz"
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, İnqilab Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Şamaxı şəhər stadionu.
20:00. "Qarabağ" - "Zirə"
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamran Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Azersun Arena".
Qeyd edək ki, turun "Turan Tovuz" - "Sabah" və "Səbail" - "Neftçi" oyunları aprelin 22-də, "Sumqayıt" - "Qəbələ" görüşü isə aprelin 23-də keçiriləcək.