Böyük Britaniya Baş nazirinin müavini, ədliyyə naziri Dominik Raab istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Baş nazir Rişi Sunaka D.Raabla bağlı 8 rəsmi şikayət edilib. Baş nazirin müavini bu iddiaları təkzib edərək onun hər zaman peşəkarcasına fəaliyyət göstərdiyini vurğulayıb.
R.Dominik istefa ərizəsində şikayətləri qüsurlu adlandıraraq istintaqın ona qarşı iki fakt aşkarladığını vurğulayıb.
Britaniya Baş nazirinin müavini söz verdiyi üçün istefaya getdiyini də bildirib.