Meksikanın solçu prezidenti Andres Manuel Lopez Obrador uzun müddətdir ölkədə müzakirələrə səbəb olan prezident təyyarəsinin Tacikistana satıldığını açıqlayıb.
"Unikal" xəbər verir ki, 2012-ci ildə keçmiş prezident Felipe Kalderonun sifariş etdiyi Boeing 787 Dreamliner təyyarəsinin 218,7 milyon dollara satılıb. Ölkə rəhbəri bu pulu Meksikanın cənubunda 80 çarpayılıq iki xəstəxana tikmək üçün istifadə edəcəklərini bildirib.
Dövlət idarəsində qənaət vədi ilə seçkiləri qazanan və xaricə səfərlərində planlı təyyarələrdən istifadə edən Obrador, “Bu qədər yoxsulluğun olduğu bir ölkədə lüks təyyarəyə minməyə utanardım. Yetər bu cəfəngiyyat. Təkəbbürlü davranan siyasətçilərin gücü uzun sürməyəcək”, - deyə ifadə edib.
Gülayə Mecid