Kanadada naməlum şəxslər Toronto hava limanında 15 milyon dollar)dəyərində qızıl və digər əşyalar olan konteyneri oğurlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb. 

Böyük Toronto Hava Limanları İdarəsi CBC-yə bildirib ki, oğrular üçüncü şəxs tərəfindən icarəyə götürülmüş anbarın əsas təhlükəsizlik xəttindən kənarda olan açıq sahəsinə daxil olublar. Onların axtarışı davam edir.