Aprelin 20-də Kiyev Şəhər Şurası Rusiya səfirliyi ilə torpaq icarəsi müqaviləsinə xitam verib. Buna cavab olaraq Kreml Ukraynanın Moskvadakı səfirliyinə qarşı “müvafiq tədbirlərlə” hədələyib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ukrayna səfirliyinin nəzdində torpaq sahəsi var. Burada müvafiq tədbirlər görüləcək”, - deyə o qeyd edib.
Bildirilir ki, Kiyev Şəhər Şurası Rusiyanın “miras” əmlakının Ukrayna dövlətinin mülkiyyətinə qaytarılması ilə bağlı Ukrayna Nazirlər Kabinetinə müraciət edib.