Sinqapurda bir kilo marixuana satan şəxs edam ediləcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hazırda həbsdə olan Tangaraju Suppianın ailəsinə oğullarının aprelin 26-da dar ağacından asılacağı bildirilib.
Sinqapur edam hökmünü 2022-ci ilin mart ayında yenidən bərpa edib. Ötən il 11 nəfər edam edilib ki, onların hamısı narkotiklə əlaqəli cinayətlərə görədir.