"Ermənistan təhlükəsizlik böhranı yaşayır".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.

Paşinyan bidirib ki, Ermənistanın təhlükəsizliyi ilə bağlı böhran vəziyyəti 2020-ci ildə deyil, ondan xeyli əvvəl yaranıb:

“İlk növbədə söhbətin hansı təhlükəsizlik böhranından getdiyini anlamaq lazımdır. İndiki vəziyyət müstəqillik dövründə yaradılmış təhlükəsizlik arxitekturasının böhranıdır və 2020-ci ildə yox, ondan əvvəl yaranıb”.