Rusiyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı son sutkada 7 030 nəfər, koronavirusdan ölənlərin sayı isə 34 nəfər artıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə koronavirus infeksiyası ilə mübarizə üzrə Rusiya federal operativ qərargahda məlumat verilib.
Ötən gün isə ölkədə 7 116 yoluxma, 33 ölüm halının qeydə alındığı açıqlanıb.
Ümumilikdə, pandemiya başlayandan bəri 22 803 875 yoluxma və 398 041 ölüm halı qeydə alınıb.
Koronavirusdan sağalanların sayı 7 409 nəfərdən 7 414 nəfərə qədər artaraq ümumilikdə, 22 196 590 nəfərə çatıb.
Rusiyada gün ərzində 958 kovid xəstəsi xəstəxanaya yerləşdirilib. Bu isə ötən günlə (1108 nəfər) müqayisədə 13,5% azalma deməkdir.
Xəstəxanaya yerləşdirilənlərin sayı 25 rayonda artıb, 46 rayonda azalıb, 14-də isə vəziyyət dəyişməyib.