Rusiya diplomatik missiyalarının əməkdaşlarının Almaniyadan çıxarılmasına cavab olaraq 20-dən çox alman diplomatını ölkədən çıxarır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Rusiya Xarici İşlər Nazirliyi Almaniya hakimiyyətinin rus diplomatların kütləvi şəkildə ölkədən çıxarılması barədə qərar qəbul etdiyini bildirib. Rəsmi Moskva cavab olaraq Almaniya diplomatlarının ölkədən çıxarılmasına qərar verib.