Ukrayna Silahlı Qüvvələri Rusiyanın Mi-24 helikopteri və 4 dronunu məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, zərərsizləşdirilən dronlardan 2-si kəşfiyyat (“Orlan-10” və “Zala”), həmçinin digər ikisi “Lantset” tipli kamikadze dronları olub.