Prezident İlham Əliyevin yeni sərəncamı Naxçıvan Muxtar Respublikasında İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 265 nəfərə şamil olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar Naxçıvan üzrə həmin müharibənin iştirakçısı olmuş 4 nəfərin hər birinə 1500 manat veriləcək. Bununla yanaşı sözügedən sərəncamda nəzərdə tutulan digər şəxslərdən ibarət 261 nəfərin hər birinə isə 750 manat birdəfəlik maddi yardım veriləcək.