“Son dövrdə uşaq evlərində nəinki valideynsiz, hətta hər iki valideyni olan uşaqlar da var”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, qardaş Türkiyədə uşaq evindən çıxanların 90 faizi dövlət işində çalışmağa gedir: “Həmin uşaqlar mütləq işlə təmin olunmalıdır. Bu işi dövlət öz üzərinə götürür. Biz də himayədar ailə modeli ilə çalışırıq ki, ailə özü bu məsuliyyəti daşısın və övladını böyütsün”.
Anar Kəlbiyev