"Səyyar qəbul otağı" bu dəfə Tovuz sakinlərinin ixtiyarına verilib.
"Unikal" xəbər verir ki, aksiyada ümumilikdə 20-yə yaxın müraciət ünvanlanıb.
Görüş zamanı qaz xəttininin yerinin dəyişdirilməsi, debitor borcun yenidən araşdırılması, küçə qaz xəttinin çəkilişi və s. kimi müraciətlər səsləndirilib. Şəmkir RQİİ-nin məsul şəxsləri ünvanlanan problem və təkliflərin qeydə alınaraq aidiyyəti üzrə yönləndiriləcəyini aksiya iştirakçılarının diqqətinə çatdırıblar.