Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi və Neftçala RMX PHŞ təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd olunub.
"Unikal" xəbər verir ki, tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Neftçala RMX PHŞ direktoru, xəstəxananın həkimləri, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən həkim oftalmoloq Süsən Zeynalova, Neftçala rayon Səhiyyə
işçilərinin Həmkarlar İttifaqı Şurasının sədri, həkim Nəcibə Abdullayeva, həkim- kardioloq, tibb elmləri namizədi Mehdi Abbasov, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftəliyeva, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, bütöv və hərtərəfli şəxsiyyətində, zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşadan, möhkəmlədən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, bu yolun qiymətli nümunəyə çevrilərək həyatında və fəaliyyətində elmin işığına, işığın elminə sədaqətli olan yeni-yeni ziyalı nəsillər üçün örnək olduğunu bildirib, Azərbaycan təbabət elminin böyük alimin elmi xidmətlərini və kəşflərini yüksək səviyyədə qəbul edildiyini, onun göz xəstəliklərinə aid təliminə yiyələnən yeni nəsillərin bu əvəzolunmaz alimin işıqlı elmi ideyalarını ayrı-ayrı ölkələrə yayıldığını diqqətə çatdırıb və Zərifə xanım Əliyeva haqqında xoş xatirələrini bölüşüblər.
Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, dünya oftalmoloqları ən görkəmli azərbaycanlı alim, akademik Zərifə xanım Əliyevanı öz sıralarında görüb, onu bu elmin ön cərgəsində qəbul ediblər. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirməsi, onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb, əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmədiyi haqqında danışıb.
Görüşdə Zərifə xanım Əliyevanın həyatını əks etdirən video çarx izlənilib.