Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırılan sərhəd-buraxılış məntəqəsində pasport yoxlanış köşkü qoyulub.

"Unikal" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

Bundan başqa, Azərbaycan gömrükçülərinin Həkəri çayı üzərindəki sərhəd-buraxılış məntəqəsində fəaliyyətə başlaması haqda məlumatlar yayılıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bəyan edib.