Özlərini Ukrayna prezidenti Volodimir Zelenski kimi təqdim edən iki rus FED sədri Cerom Paueli aldadıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ mərkəzi bank (Fed) sədri Cerom Pauelin sözçüsü yanvar ayında baş verən telefon danışığını və Pauellin aldadıldığını təsdiqləyib.
Bildirilir ki, FED sədri Pauell telefon danışığında ABŞ iqtisadiyyatında tənəzzül ehtimalının olduğunu etiraf edir və faiz dərəcəsinin daha 2 ay ərzində dörddə bir bənd artırılacağını qeyd edib.
FED sözçüsü görüşün Ukrayna xalqına dəstək kontekstində keçirildiyini və heç bir həssas və ya məxfi məlumatın müzakirə olunmadığını bildirib.