Qızılca ilə bağlı ölkəmizdəki vəziyyət nəzarət altındadır.

"Unikal" xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, qonşu ölkələrdən yoluxma ilə bağlı xəbərlər eşidilir:

"Bunun səbəbi bəzi ölkələrdə vaksinə əlçatanlıqla bağlı problemin olmasıdır. Bizdə isə vaksinlə bağlı hansısa problem yaşanmır".