Dövlət İmtahan Mərkəzi tərəfindən 2 aprel 2023-cü il tarixində keçirilən imtahanda ən yüksək nəticəni 295,4 bal toplayan Bakı şəhər Xətai rayon 25 saylı orta məktəbin cari il məzunu göstərib.

Bu barədə "Unikal"a DİM-dən məlumat verilib.

Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

Qeyd edək ki, bu tarixdə keçirilən imtahanlarda iştirakı nəzərdə tutulan 27896 nəfərdən 2079 nəfər imtahana gəlməyib. 19 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.