Ukrayna və Türkiyənin məşhur “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalçısı olan “Baykar” şirkəti arasında yeni əməkdaşlıq müqavilələri imzalanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Strateji Sənaye naziri Aleksandr Kamışin məlumat yayıb.
“Mən sizə ətraflı deməyəcəyəm, amma sizi əmin edirəm ki, bu müqavilələr ölkəmizə ixrac gəlirləri və yeni nəsil silahlar təqdim edir”, - deyə o, əlavə edib.
Xatırladaq ki, Türkiyənin “Baykar” şirkəti Ukraynada “Bayraktar” PUA-larının istehsalı üçün zavod tikir. “Baykar” həmçinin Ukrayna mühərrikləri ilə təchiz edilən yeni dronları sınaqdan keçirir.