Suriyanın Telabyad şəhərində polis qruplarının tətbiq nöqtəsində təsbit etdiyi partlayıcının partlaması nəticəsində 2 türk polisi şəhid olub, 7 polis isə yaralanıb. Eyni partlayışda 1 yerli polis ölüb, 4 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, iddiaya görə, PKK/PYD terror təşkilatının ölkə daxilində həyata keçirməyi planlaşdırdığı bombalı hücumlarda istifadə edəcəyi partlayıcı maddələrə müdaxilə edilərkən partlayış baş verib. Partlayışda 2 türk polisi və 1 yerli polis ölüb, 4-ü yerli olmaqla 11 polis yaralanıb. Yaralılar hadisə yerinə gedən təcili yardım maşınları ilə Akçakale və Şanlıurfadakı xəstəxanalara çatdırılıb.
Şanlıurfa Valiliyi partlayışla bağlı açıqlama verib. Valilikdən verilən açıqlamada, "PKK/PYD terror təşkilatının ölkəmiz daxilində planlaşdırdığı bombalı hücumlarda istifadə olunacaq partlayıcı maddələr Akçakale məsuliyyətində olan Telabyad bölgə polis bölməsində aparılan axtarış işləri zamanı aşkar edilib. Hadisəyə edilən müdaxilə əsnasında bu partlayıcı maddələrin partladılıb.