İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Əlirza Cahangirini Xəzər dənizi məsələləri üzrə nazirin xüsusi köməkçisi vəzifəsinə təyin edib.
"Unikal" xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.
Əlirza Cahangiri bundan əvvəl İranın Niderlanddakı səfiri, İranın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatdakı daimi nümayəndəsi və Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq Məsələləri üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.