Sudanda nizami ordu ilə silahlı qarşıdurmaya girən Çevik Hərəkət Qüvvələri arasında atəşkəsin müddəti uzadılıb.
"Unikal" xəbər verir ki, bu barədə Sudan ordusu məlumat yayıb.
Bildirilib ki, gecə yarısında bitməli olan atəşkəs daha üç gün davam edəcək.
“Beynəlxalq, regional və yerli çağırışlara cavab olaraq, humanitar dəhlizləri açmaq və mülki şəxslərin hərəkətini asanlaşdırmaq üçün bu gecə yarısından başlayaraq humanitar atəşkəsin 72 saat uzadıldığını elan edirik”, - açıqlamada deyilir.
Qeyd edək ki, aprelin ortalarından başlayan döyüşlər zamanı yüzlərlə şəxs həlak olub.