Ekvadorda futbol matçına baxan qrupa silahlı hücum nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, dəhşətli hücum Ekvadorun Quayaquil şəhərində baş verib.
Quayakil şəhərinin kənd məhəlləsində naməlum silahlı şəxslər futbol matçına baxan qrupa hücum ediblər.
Bölgəyə çoxlu sayda polis qrupları göndərilib, təcavüzkarların tapılması üçün genişmiqyaslı əməliyyat başladılıb.
Ekvador prezidenti Gilermo Lasso 3 noyabr 2022-ci ildə dəstələrin silahlı hücumu nəticəsində 2 polisin öldürülməsindən sonra Quayakil də daxil olmaqla 2 şəhərdə fövqəladə vəziyyət elan edib.
Qeyd edək ki, ölkədə narkotik qrupları fəaliyyət göstərir.