Pakistanın Bəlucistan əyalətində güclü yağışlardan sonra baş verən sel fəlakəti nəticəsində 5 nəfər ölüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, vilayətin müxtəlif bölgələrində yağan güclü yağışlar nəticəsində Xuzdar şəhərində 2, Maçh şəhərində 2, Lasbela bölgəsində isə 1 nəfər həyatını itirib. 

Fəlakətlərin İdarə Olunması İdarəsinin açıqlamasına görə, Çaqay şəhəri və Pəncqur bölgəsində bir neçə ev daşqın nəticəsində zərər görüb.

Yolların su altında qalmasından sonra nəqliyyatın hərəkətində problemlər yaranıb. 

Ağarza Elçinoğlu