Türkiyənin Tuzla şəhərində gəmiqayırma zavodunda təmir işləri aparılan gəmidə yanğın baş verib. 

"Unikal" xəbər verir ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, ölən və xəsarət alan olmayıb.

Məlumata görə, hadisə qaynaq işləri zamanı qeydə alınıb. Gəmiyə ciddi ziyan dəyib.

Ağarza Elçinoğlu