Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub.

"Unikal" xəbər verir ki, teatrının direktorunun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub.

Qeyd edək ki, İlham Əsgərov 1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.

Xatırladaq ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru və baş rejissoru Xalq artisti Azərpaşa Nemətov aprelin 9-da vəfat edib.