"Mən pis prezident deyiləm".
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Skandinaviya mediasına müsahibəsində deyib.
Dövlət başçısı uşaqlarına kifayət qədər vaxt ayıra bilmədiyini açıqlayıb.
Zelenski bütün vaxtını işinə həsr etdiyini, bunun indi çox vacib olduğunu vurğulayıb: "Balans tapmaq mümkün deyil.Mən indi, necə deyərlər, pis prezident deyiləm, amma ən yaxşı ata da deyiləm. Uşaqlarım və ailəm üçün kifayət qədər vaxtım yoxdur. Övladlarıma vaxtım olmadığına, onları böyütmədiyimə görə təəssüflənirəm. Onları həyat yoldaşım və müharibə tərbiyə edir və mən onların yanında olmadığıma görə təəssüflənirəm, lakin bu vaxtı vacib hesab etdiyim işimə həsr etdiyimə görə təəssüflənmirəm".
Ağarza Elçinoğlu