Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində aparılan “İdman menecmenti” magistr ixtisası tələbələrinə “İdman marketinqi” modulunu tədris etmək məqsədilə Bakıda olan Köln Alman İdman Universitetinin (German Sports University Cologne) magistri, Qallen Universitetinin (University of St.Gallen (HSG) doktorantı Con Andrea Şoçerin (Jon Andrea Schocher) Akademiyada tədris prosesi davam edir.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat erilib. 

Bildirilir ki, İntensiv keçirilən dərslər zamanı magistrantlar idman sponsorluğunun xarakteri və spesifik xüsusiyyətləri ilə bağlı ümumi biliklərə yiyələniblər. Həmçinin, tələbələr bir çox praktiki metodlarla idman sahəsində sponsorluq fəaliyyətlərinin təşkili və idarə olunmasının incəliklərini də mənimsəyiblər.