“Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” 2022-ci il dekabrın 27-də Bakı şəhərində imzalanmış Konvensiya təsdiq edilib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.