Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakı kimidir:

1. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

6. "20 Yanvar" dairəsində;

7. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

8. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.