"Bütün idman zallarında kameralar quraşdırılmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

Deputat bildirib ki, Sumqayıt idman məktəbində məşqiçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır:

“Sumqayıtda idman müəlliminin 7 yaşlı uşağa qarşı törətdiyi vəhşiliyi hər biriniz izlədiniz. Görüntülərdən aydın olur ki, idman müəllimi Mehman Xəlilov təkcə Fəridə qarşı yox, digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranır. Uşaqların saçından, başından, qulağından tutaraq havaya qaldırır. Bu məsələyə xüsusi yanaşma vacibdir. Gənclər və İdman Nazirliyi, Olimpiya Komitəsi və federasiyalar təcili müzakirələrə başlamalı, regionlarda fəaliyyət göstərən idman müəllimləri ilə profilaktiki söhbətlər aparılmalı, onlar üçün xüsusi davranış qaydaları hazırlamalıdır. Buradan uşaqlara demək istəyirəm ki, əgər siz də məşq zamanı pis rəftarla üzləşsəniz, mütləq 102-yə zəng edərək polisə məlumat verin”.

Anar Kəlbiyev