"70 yaşında adamları efirə evləndirməyə dəvət edirlər. Televiziyada ailə qururlar. Bizim adətimiz, milli dəyərlərimiz var. Rusiyada bu proqram var, onların öz milli-mənəvi dəyərləri, Azərbaycanın özünün milli-mənəvi dəyərləri var. Axı, televiziyada kim evlənir, boşanır?"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, ziyalılarımız bu məsələyə münasibət bildirməlidir:

"İctimaiyyətə müraciət etsinlər ki, sənə nəvən, övladın və nəticən baxır. Onlar sizdən nə tərbiyə götürəcək? Bizim bu cür dövlətimiz olmayıb. Bizim dövlətimiz əxlaq, mənəviyyat üzərində qurulub. Bunu hara aparırsız? 5 manat pul qazanırsız, Allah qəbul eləsin, amma millətin tərbiyəsini pozmayın".

Anar Kəlbiyev