Milli Məclisin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

"Unikal" xəbər verir ki, iclasda İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib. 

Bunlar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətdir.

Anar Kəlbiyev