İsmayıllı rayonuna yağan dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

"Unikal"ın məlumatına görə, bu gün saat 15:30 radələrində İsmayıllı şəhərinə və qonşu kəndlərə güclü küləklə müşaiyyət olunan dolu düşüb. Təxminən 5 dəqiqə yağan dolu əkin sahələrinə, meyvə bağlarına, evlərin dam örtüyünə ziyan vurub, rayona elektrik verilişi dayanıb. Külək bir neçə ağacı aşırıb, bəzi tikililərin dam örtüyünü qoparıb, elektrik naqilləri və rabitə xətləri qırılıb. Hazırda leysan yağışı davam edir. 

Şahnəzər Bəşirov