İtaliya çempionatının 34-cü turunda "Milan" "Latsio"nu qəbul edib.

"Unikal" xəbər verir ki, meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.

İtaliyalı Stefano Piolinin rəhbərlik etdiyi komandadan əlcəzairli yarımmüdafiəçi İsmael Benasser (17) və fransalı müdafiəçi Teo Ernandes (29) fərqlənib.

Maçdan sonra "Milan" 61 xalla dördüncü, "Latsio" 64 xalla ikinci yerdə qərarlaşıb.

Ağarza Elçinoğlu