"Xəbər gəldi ki, Sabunçu rayonunda 175 kq-lıq partlayıcı maddə tapılıb. Biz bir az yubandıq. Əgər o partlasaydı, nə Suraxanı, nə də Sabunçu rayonları qalmayacaqdı".
"Unikal" xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində Heydər Əliyevin şəxsi mühafizəçisi Mahir Musayev 1990-cı illərdə Ulu Öndərə təşkil edilmiş sui-qəsd cəhdindən danışarkən deyib.
O, Heydər Əliyevin bahalı saatdan imtina etməsindən də bəhs edib: "Ulu Öndər mənə dedi ki, sənin pulun hardandır? Dedim ki, mənim pulum yoxdur. Mənə dedi ki, o nədir, mənə 120 min dollarlıq saat gətirmisən?! Mən 1 milyon qaçqın və 20% işğalda olan torpaqla o qiymətə saat taxsam, mənə nə deyərlər? Dedim bilməyiblər, saatları qaytarmışıq".