"Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada - Şuşada - bu binanın önündə olmalıyam".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümündə xalqa təbrik müraciətində deyib.
Ölkə rəhbəri müraciətini Şuşadan etməsinin səbəbini açıqlayıb: "Şuşa zəfərimizin rəmzi, tacıdır. Şuşa işğaldan azad olunanda bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı məruzə etmişdilər. Bu binanın damında Azərbaycan bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır".
Ağarza Elçinoğlu