"Azərbaycan xalqının faciələri Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümündə xalqa təbrik müraciətində deyib.
Ölkə rəhbəri bildirib ki, əgər Heydər Əliyev hakimiyyətdə qalsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər: "1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların Sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır.
Şübhə yox ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Həm erməni millərçiləri, həm də o vaxtkı Azərbaycan rəhbərliyində təmsil olunmuş millli satqınlar faktiki olaraq birləşərək Heydər Əliyevə qarşı çirkin şər-böhtan kampaniyası aparmışdılar".
Ağarza Elçinoğlu