“Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi və inkişafı üçün misilsiz xidmətlər göstərib”.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
Onun sözlərinə görə, Heydər Əliyev və onun ideyaları Azərbaycanın milli sərvətidir: “Bu gün Azərbaycanın əldə etdiyi uğurlar Heydər Əliyev siyasətinin təntənəsi kimi qəbul olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü təmin etməklə Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirdi”.
Anar Kəlbiyev