"Vaşinqtonda mənim və Ermənistan xarici işlər naziri arasında dörd günlük sülh müqaviləsi ilə bağlı danışıqlar oldu".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh müqaviləsi bir sıra vacib məsələləri özündə ehtiva edir.
"Biz tam razılaşma barədə təbii ki, danışa bilmərik. Tərəflər arasında kifayət qədər fərqlər də qalmaqdadır. Ancaq bəlli bir maddələr üzrə razılaşma oldu. Belə desək, biz bir addım irəli getdik. Biz prosesə realist yanaşmalıyıq",-deyə o əlavə edib.
Anar Kəlbiyev