Baxmayaq ki, siyasi fəaliyyətdən kənarda qalıb, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, Sovet hökumətinin - Sovet İttifaqı rəhbərliyinin o qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümündə xalqa təbrik müraciətində deyib.
Ölkə rəhbəri bildirib ki, 21 yanvar günü həm də qürurverici bir gün idi: "Mən onun yanında idim, o günü yaxşı xatırlayıram. Həm faciəvi gün idi, eyni zamanda qürurverici bir gün idi. Moskvada yaşamış azərbaycanlılar daimi nümayəndəliyin önünə toplaşmışdılar və Heydər Əliyev binaya yaxınlaşanda, sanki, bir canlı dəhliz açılmış və baxmayaraq ki, O bütün vəzifələrdən çıxarılmışdı, ona qarşı Azərbaycanda o vaxtkı rəhbərlik tərəfindən çirkin kampaniya aparılırdı, Sovet mətbuatında da çirkin kampaniya aparılırdı, ancaq Azərbaycan xalqının qəlbində O daim böyük Lider kimi yaşayır.
Bu tarixi çıxışdan sonra, çünki Sovet İttifaqının dağılmasına hələ 2 ilə yaxın bir vaxt var idi, heç kimi ağlına gələ bilməzdi ki, Sovet İttifaqı iki ildən sonra dağılacaq, yəni bu bəyanat böyük cəsarət, əsl vətənpərvərlik tələb edirdi. Təbii ki, bu bəyanatdan sonra Sovet İttifaqının repressiv maşını Heydər Əliyevə qarşı geniş hücuma keçmişdir və onun Moskvada qaması artıq mümkün deyildi.
O, bir neçə aydan sonra 1990-cı ilin iyul ayında Moskvadan Bakıya gəlmiş, ancaq o vaxtkı Azərbaycan rəhbərliyi bunu da ona çox görmüşdür. Onun faktoru, güclü Lider olması, görünür ki, onları yaman narahat edirdi və O, faktiki olaraq ona edilən təzyiqlər nəticəsində doğulduğu şəhərə - Naxçıvana getmiş və orada yaşamağa başlamışdı".
İlham Əliyev qeyd edib ki, müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır: "Naxçıvanın da ağır günləri davam edirdi. Naxçıvan blokadada idi və Naxçıvanın ümumiyyətcə gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Ermənilər necə ki, Qarabağı ələ keçirməyi planlaşdırırdılarsa, eləcə də Naxçıvanı da ələ keçirməyə çalışırdılar. Naxçıvanıv işğal etmək, onların planlarının tərkib hissəsi idi. Heydər Əliyev Naxçıvanı işğaldan qorudu, erməni düşmənlər yerinə otuzduruldu və Naxçıvan çətin də olsa, blokada şəraitində də olsa yaşayırdı, əyilmədi, sınmadı, ayaqda qaldı.
Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var idi. Xalq məhz onu özünə rəhbər seçdi. Bu, demokratiyanın əsl təntənəsi idi. Azərbaycan hakimiyyəti həm kommunist, həm "demokrat" hakimiyyəti hər vəchlə çalışırdı ki, Heydər Əliyev Naxçıvandan uzaqlaşdırılsın. Naxçıvan demək olar ki, blokadada olurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər, sanki, istəyirdilər ki, Naxçıvan da işğala düşsün. Ancaq xalq buna imkan vermədi, öz Lideri ətrafında sıx birləşmişdi. Bir də demək istəyirəm ki, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan erməni işğalına məruz qalmadı. Müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan MSSR adından Sovet Sosialist sözləri çıxarılmışdır. Sovet İttifaqının və sonra Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır və faktiki olaraq müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır".
Ağarza Elçinoğlu