Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə planlaşdırılan danışıqlarda iştirak edəcək.
"Unikal" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
O, bildirib ki, "sülh sazişinin mətni danışıqlar masasındadır. Mayın 19-da xarici işlər nazirləri səviyyəsində danışıqlar da planlaşdırılır". Ceyhun Bayramov və Ararat Mirzoyan görüşünün Moskvada baş tutacağı bilirilib.
Qeyd edək ki, Azərbaycan lideri İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş 2023-cü il mayın 14-nə planlaşdırılıb.
Ağarza Elçinoğlu