SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası bu dəfə Salyan rayonunda təşkil olunub.
“Unikal” xəbər verir ki, “Səyyar qəbul otağı”nda səslənən müraciətlər əsasən qaz xəttinin yerinin dəyişdirilməsi, debitor borcun araşdırılması, qaz sayğacının yerinin dəyişdirilməsi kimi məsələlərlə bağlı olub. Ünvanlanan müraciətlərlə bağlı Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən aksiya iştirakçılarına ətraflı məlumat verilib.
Həmçinin bəzi problemlər araşdırılması üçün qeydiyyata alınıb.