Ermənistan hərbi polisi Basarkeçər rayonunun Zod istiqamətinə gedən yolu bağlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. 

Bildirilir ki, polis Zoda gedən yolu bağlayıb və media nümayəndələrini əraziyə buraxmayıb.  

Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. 

Gülayə Mecid