Türkün yolu Türk Dövlətləri Təşkilatından, Orta Dəhlizdən, Zəngəzurdan və Qarabağdan keçir.
“Unikal” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğluya xitabən Türkiyənin Azərbaycandan yan keçə bilməyəcəyini deyib.
“Azərbaycandan nə istəyirsiniz? Azərbaycan Qarabağı geri alanda hər cür dəstəyi verdik. Siz “təəssüf ki, Türkiyə Azərbaycanı dəstəklədi" - dediniz.
Azərbaycan niyə hərb meydanına endi? Öz torpaqlarını geri almaq üçün. Azərbaycan Ermənistanın torpaqlarına hücum etməyib ki?”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Kamal Kılıcdaroğluya xitabən deyib.