“Qızıl Aypara Cəmiyyətinin çadır satması məni çox üzdü. Qızıl Aypara çadır satışı ilə məşğul ola bilməz”.
“Unikal” xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu yanlışlıq qısa zamanda düzəldilməlidir, çünki biz daim Qızıl Ayparanı xüsusilə çadır istehsalında çox daha aktiv olmağa təşviq etdik. Çadırlara gəldikdə ən kiçik problem yaşamamalıdır. Altı fevral (zəlzələ-red) hadisəsində başqa ölkə olsaydı, kim bilir, onların başına nə gələcəkdi”, - Türkiyə lideri deyib.
“Dağıntıların təmizlənməsi işlərinə qədər bütün işləri bitirmişik. Sürətlə daimi evlər tikirik. İnanıram ki, təhvil-təslim mərasimləri başlayanda vətəndaşlarımız rahat olacaq”, - Ərdoğan vurğulayıb.
Türkiyədəki suriyalı qaçqınların nə vaxt geri dönəcəkləri məsələsinə gəlincə, Ərdoğan bunun üçün vaxt məhdudiyyətinin olmadığını deyib: “Tikilən evlərin özlərinin könüllü geri qaytarılması prosesi başlayıb. Biz də bu işdə köməklik edirik. Onları qapıya qoya bilmərik”.