ABŞ Dövlət Departamenti mayın 11-də Azərbaycan-Ermənistan şərti sərhədində vəziyyətin gərginləşməsi barədə açıqlama yayıb.
"Unikal" xəbər verir ki, ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Vedant Patelin sözlərinə görə, bu cür zorakılıq Ermənistan və Azərbaycanın sabit və ləyaqətli sülhə doğru irəliləməsinə xələl gətirir.
"Biz iki ölkənin liderlərini ayın 14-də Brüsseldə görüşən zaman silahlı qüvvələrinin sərhəddən çıxarılmasına razılıq verməyə çağırırıq", - deyə Patel bildirib.
Ağarza Elçinoğlu