"AXCP-Müsavat və yaxud da Milli Şuranın 3-4 toyuq oğrusunun azadlığa çıxmaması bu insanları narahat edir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
"Əfsuslar olsun ki, bəzi partiyalar, xaricdə olan bəzi blogerlər bu əfvin üzərinə kölgə salmağa çalışır. Azərbaycanda uzun illər fəaliyyət göstərən hüquq müdafiə təşkilatları imzalanan sərəncamı alqışlayırlar. Amma bir neçə var ki, hüquq mühafizə orqanında işləyib, rüşvət üstündə tutulan və özünü hüquq müdafiəçisi elan edənlər rüşvətxorlar, oğrular əfv sərəncamına hansısa formada kölgə salmağa çalışırlar. Bütün bunlara baxmayaq, ölkə rəhbərinin humanist siyasəti davam edir və bundan sonra da davam edəcək”, - deyə S.Novruzov bildirib.
Anar Kəlbiyev