Ermənistan silahlı qüvvələrinin ordumuza hücum zamanı istifadə etdikləri əldəqayırma PUA-ların idarə olunduğu komanda - qərargah məntəqəsi Ordumuz tərəfindən məhv edilib.
"Unikal" oxu.az-a istinadən xəbər verir ki, komanda - qərargah məntəqəsinin yerləşdiyi yük avtomobili sərrast atəş nəticəsində partladılıb.
Bununla da həmçinin, Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadənin intiqamı alınıb.
Bununla bağlı görüntüləri təqdim edirik:
22:32
Azərbaycan Ordusu tərəfindən Basarkeçər rayonunun Zod istiqamətində erməni bölmələrinin kəşfiyyat və atəşə nəzarətini təmin edən Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah maşını məhv edilib.
"Unikal" xəbər verir ki, həmin maşından Ermənistanın Azərbaycan ordusuna qarşı təxribat törətmək üçün istifadə etdiyi zərbə və kəşfiyyat PUA-larına nəzarət edilib.