Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

"Unikal"ın məlumatına görə, təltif olunan hərbi qulluqçuların 6-sı generaldır. Onlardan general-mayor Rüstəmov Zaur Zeynalabdul oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Digər generallar - Bayramov Namiq Süleyman oğlu, Əbdülov Gündüz Əliş oğlu, Əlövsədov Həsən Əli oğlu, Qafarov İlqar Saab oğlu və Pirverdiyev Akif Səməndər oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Anar Kəlbiyev